Xəbər lenti

Zahid Oruc:
Siyasət 11:36 01.04.2025

Zahid Oruc: "Ermənilər Xankəndindən olduğu kimi, İrəvandan da könüllü çıxıb gedirlər"

"Qarabağda qələbəmiz tarixdə ilk dəfə dövlətimizə yeni Yalta konfransına vəsiqə qazandırıb".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisın bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.
 
Zahid Oruc bildirib ki, indi qalib Azərbaycanın taleyi özündən asılıdr: 

"Dövlət rəhbəri və mərkəzi hakimiyyət sistemi güclü olanda, xarici amillər dağıdıcı təsirini itirir. Ölkəmizdə kənar qüvvələrin hökmran mövqeyi heç vaxt indiki qədər zəif olmayıb".

Deputat qeyd edib ki, Ermənistana sərhəddi başqa paytaxtlar yox, məhz liderimiz göstərir:

"İrəvanın taleyi heç vaxt indiki qədər Bakıda həll olunmayıb. 300 illik erməni ideyası iflasa uğrayıb və ermənilər Xankəndindən olduğu kimi, İrəvandan da könüllü çıxıb gedirlər. İnanırıq ki, qardaş ölkə Türkiyə sərhəddin açılması qərarını çıxararkən, nəzərə alacaq ki, İrəvanın Ankara qarşısında 100 illik ərazi və soqırım tələbini indi irəli sürməməsinin ən böyük səbəbi bizim Qarabağ Qələbəmizdir".

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->