Xəbər lenti

Tikinti şirkətləri yeni layihələrə başlaya bilmir - Bəs qiymətlər niyə qalxır?
Ekonomiks 17:51 01.04.2025

Tikinti şirkətləri yeni layihələrə başlaya bilmir - Bəs qiymətlər niyə qalxır?

"Azərbaycan daşınmaz əmlak bazarında ən böyük problem tikinti şirkətləri ilə bağlıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib. 

Onun sözlərinə görə, tikinti şirkətləri 5-6 ildir ki, yeni layihələrə başlaya bilmir:

"Bu da yeni tikiləcək binalara təsir edir. Yeni binalar tikilmir. Tikilməkdə olan binaların da sayı azdır. Bu baxımdan tikinti şirkətləri arasında rəqabət yoxdur. Buna görə də tikinti şirkətləri qiymətləri artırmaqda davam edirlər".
 


Elnur Azadov bunun səbəbini Arxitektura Komitəsi ilə əlaqələndirib:

"Arxitektura Komitəsi yeni tikintilərə icazələri məhdud sayda buraxır deyə bu baxımdan bütün daşınmaz əmlak sektoru ölkədə bu vəziyyətdədir. Ölkədə alıcı kütləsi çoxdur. Ev almaq istəyən də görür günü-gündən ev bahalaşır, odur ki, tez qərar verməyə çalışır”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->