Xəbər lenti

Bu Mərkəzdən keçmiş nazirə məxsus olduğu deyilən şirkətə 1,7 milyonluq sifariş
Ekonomiks 19:03 01.04.2025

Bu Mərkəzdən keçmiş nazirə məxsus olduğu deyilən şirkətə 1,7 milyonluq sifariş

Səhiyyənin Təminatı Mərkəzi "Caspel” şirkəti ilə satınalma müqaviləsi bağlayıb. 

Qaynarinfo-nun məlumatına görə müqavilədə maşın və avadanlıqların satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 1 778 242,3 manatdır. 

"Caspel” şirkəti keçmiş vergilər nazir Fazil Məmmədovun nəzarətində olan şirkət kimi tanınır. 

Şirkət 2005-ci ildə təsis edilib. 2023-cü ilə qədər "Caspel”ə rəhbərliyi iş adamı Namiq Məmmədov edib. O, eyni zamanda şirkətin ilk qanuni təmsilçisi olub. 

Namiq Məmmədovdan sonra isə şirkəti Quliyev Ceyhun Məhi oğlu təmsil edib. Ceyhun Quliyev keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır. 

Namiq Quliyev Fazil Məmmədovun nazir olduğu dövrdə Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentinin birinci müavini vəzifəsində işləyib. Bu fakt Fazil Məmmədovun dövründə kassa-nəzarət aparatlarının satışının hansı səbəbdən "Caspel" şirkətinin inhisarında olmasına aydınlıq gətirir. 

Ceyhun Quliyevin "Caspel"in qanuni təmsilçisi olması şirkətin Fazil Məmmədova məxsus olması barədə iddialara səbəb olub. 

Fazil Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub. O, 2022-ci ildə böyrək çatışmazlığından vəfat edib.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->