Gürcüstan Parlamenti "xarici agentlərin qeydiyyatı haqqında” qanunu son oxunuşda qəbul edib. Hakim "Gürcü Arzusu" partiyası bu qanunun ABŞ-ın FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun analoqu olduğunu və onun "birbaşa kopyası” kimi təqdim olunduğunu iddia edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sova" məlumat
yayıb.
ABŞ-da 1930-cu illərdə qəbul edilmiş FARA qanunu, əsasən, nasist və sovet təbliğatına qarşı mübarizə üçün nəzərdə tutulmuşdu. Onun məqsədi xarici güclərin daxili siyasətə birbaşa təsirini nəzarətdə saxlamaqdır – belə ki, xaricdən maliyyələşən subyektlər müstəqil fəaliyyət göstərmədikdə və tamamilə xarici göstərişlərə tabe olduqda, onların fəaliyyəti şəffaflaşdırılır.
Lakin Gürcüstandakı qeyri-hökumət təşkilatları (QHT) və media qurumları bildirirlər ki, FARA qanunu ABŞ-da müstəqil QHT-lərin və azad medianın fəaliyyətinə mane olmur. Onların fikrincə, Bidzina İvanişvilinin hökuməti isə Rusiyanın vətəndaş cəmiyyətinə qarşı qəbul etdiyi qanunu fərqli formada tətbiq etmək istəyir.
Qəbul edilən qanun layihəsi "xarici agentlərin” qeydiyyatı, qeydiyyat haqqında ictimaiyyətə açıqlama verilməsi, illik maliyyə deklarasiyasının təqdim olunması, qeydiyyatın ləğvi, agentlərin aşkar edilməsi üçün monitorinq aparılması və digər məsələləri tənzimləyir.
Bundan başqa, qanuna tabe olmaqdan yayınanlar üçün cinayət məsuliyyəti nəzərdə tutulur. Qanunun icrasına Antikorrupsiya Bürosu nəzarət edəcək.
Xatırladaq ki, keçən il Gürcüstan parlamenti Rusiyanın "xarici agentlər” qanununun analoqu olan "Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul etmişdi. Bu, minlərlə insanın küçələrə axışmasına, müxalifətin və beynəlxalq tərəfdaşların kəskin tənqidinə səbəb olmuşdu.
Avropa İttifaqı liderləri bildirmişdilər ki, Gürcüstanın bu qanunu qəbul etməsi ölkənin Aİ-yə inteqrasiya prosesini faktiki olaraq dayandırır.
Bunun ardından Gürcüstan hakimiyyəti bəyan etmişdi ki, ötən il qəbul olunmuş mübahisəli "xarici agentlər" qanunu yeni versiya ilə – ABŞ-ın FARA qanununun "birbaşa kopyası” ilə əvəz olunacaq.
Alpər
Şərhlər