İtaliya və Almaniyada eyni vaxtda İtaliyanın məşhur mafioz klanı "Ndrangeta"ya qarşı genişmiqyaslı reydlər keçirilib, onlarla şübhəli şəxs saxlanılıb.
Qaynarinfo bu barədə Tagesschau-ya istinadla xəbər
verir.
Reydlər İtaliyada və Almaniyanın dörd federal torpağında – Baden-Vürtemberq, Reynland-Pfalts, Şimali Reyn-Vestfaliya və Saar bölgələrində aparılıb. Əməliyyata yüzlərlə hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub.
İtaliya polisi 29 nəfərin həbs edildiyini, bunlardan 20-nin İtaliya ərazisində saxlanıldığını açıqlayıb.
Almaniya polisinin məlumatına görə, keçən ilin yazında Baden-Vürtemberq federal torpağında təxminən 170 nəfər İtaliya mafiyasına aid klanlarla əlaqədə şübhəli bilinirdi.
Bundan əvvəl, fevral ayında İtaliyanın Siciliya adasında "Cosa Nostra" mafioz klanına qarşı genişmiqyaslı əməliyyat aparılmış, nəticədə 180-dən çox şəxs həbs olunmuşdu.
Bundan əlavə, 2025-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İtaliyanın cənubundakı Kampaniya regionunda mafioz qruplaşmaların toksik tullantıları utilizasiya etməsinə qarşı effektiv tədbirlər görə bilmədiyinə görə İtaliyanı tənqid edib.
Alpər
Şərhlər