Xəbər lenti

Amerikalılar yaxın yüzilliklərdə yox ola bilər - Alimlərdən qorxulu sarsıdıcı proqnoz
Dünya 18:34 19.05.2025

Amerikalılar yaxın yüzilliklərdə yox ola bilər - Alimlərdən qorxulu sarsıdıcı proqnoz

ABŞ ciddi demoqrafik böhran ərəfəsindədir. Yeni statistik modellərə əsasən, ölkənin təbii əhalisi (yəni ABŞ-da doğulan vətəndaşlar, immiqrasiyasız) 2625-ci ilə qədər cəmi 10 milyon nəfərə qədər azala bilər. Bu isə XIX əsrin əvvəllərindəki səviyyəyə uyğundur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb.

"ABŞ zərərli bir böhrana doğru gedir", deyə iqtisadçı, doktor Abiqeyl Holl bildirib.

2023-cü ildə doğum səviyyəsi hər qadına 1,6 uşaq təşkil edib. Doğumun azalmasının əsas səbəbləri:

* iqtisadi çətinliklər (uşaq baxımının yüksək xərcləri, ödənişli məzuniyyətin olmaması);
* mədəni dəyişikliklər (karyeraya üstünlük verilməsi, həyat prioritetlərinin dəyişməsi);
* ekoloji və tibbi amillər (hormonal pozğunluqlar, piylənmə, sonsuzluq).

"ABŞ-da ailələrin daha az uşaq sahibi olmağa qərar verməsi təəccüblü deyil, çünki xərclər insanları müflis edə bilər", deyə qadın hüquqları üzrə ekspert Samanta Karlin qeyd edib.

1990-cı ildən 2023-cü ilə qədər doğuşların ümumi sayı 4,1 milyondan 3,5 milyona düşüb. Yeniyetmələr arasında doğum halları 73% azalıb. 20-29 yaş arası qadınlar arasında doğum əhəmiyyətli dərəcədə azalıb. Artım yalnız 30 yaşdan yuxarı qadınlar arasında müşahidə olunur, xüsusən də 40 yaşlılar arasında artım 193% təşkil edib.

Doğum səviyyəsini stimullaşdırmaq üçün Ağ Ev 5000 dollarlıq "uşaq mükafatı" tətbiqini nəzərdən keçirir. Uşaq baxımı üçün subsidiyalar təklif olunur, həmçinin ödənişli valideyn məzuniyyətinin tətbiqi çağırışları səslənir.

"ABŞ-da federal səviyyədə məcburi ödənişli məzuniyyət yoxdur", deyə Karlin vurğulayıb.

2100-cü ilə qədər ABŞ əhalisi 226 milyon nəfərə qədər azala bilər. 2600-cü ildə isə immiqrasiya nəzərə alınmadan bu say 10 milyona enə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->