Xəbər lenti

İşdən gələn FHN əməkdaşı evində qəfil öldü
Ölkə 18:18 19.05.2025

İşdən gələn FHN əməkdaşı evində qəfil öldü

Tovuz rayonunda 28 yaşlı oğlan qəfil ölüb.

Oxu.az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü Sərxan Aşırov evində ürək çatışmazlığından vəfat edib.

Məlumata görə, S.Aşırov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı olub.

O, səhər saatlarında işdən çıxaraq evinə gəlib. Yaşadığı evdə yatan gəncin halı qəfil pisləşib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Təcili tibbi yardım briqadası evə çatana qədər S.Aşırov dünyasını dəyişib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->