Xəbər lenti

22 bəndlik kapitulyasiya sənədi: Ukrayna buna gedəcəkmi? (ŞƏRH)
Dünya 18:02 19.05.2025

22 bəndlik kapitulyasiya sənədi: Ukrayna buna gedəcəkmi? (ŞƏRH)

"Rusiyanın qeyri-məqbul maksimalist istəkləri fonunda Ukraynanın kapitulyasiyası mümkünsüz görünür. Çünki Ukrayna bu müharibədə özünü məğlub hesab etmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Vaşiqntonun Ukrayna məsələsinin çözülməsi üçün 22 bəndlik sülh planı təqdim etməsi və onun bəzi detallarının bəlli olmasına münasibət bildirərkən deyib: 

"Zelenskiyə təklif edilən 22 bəndlik razılaşma müqaviləsi isə əslində kapitulyasiya aktı hesab olunur. Hansı ki, Ukrayna buna razı olmayacaq. Kelloqun açıqladığı 22 bəndlik bu anlaşma mətninə Ukraynanın reaksiyası hələ bəlli deyil. Sadəcə, ABŞ bunu Ukraynaya qəbul etdirəcəyini düşünür. Amma nadir metal mineralları anlaşması zamanı da Trampın təzyiqlərinə baxmayaraq, Ağ Ev istədiklərini Ukraynaya qəbul etdirə bilmədi. İndi də sözügedən mətndəki şərtlərin Ukraynaya rahatlıqla qəbul etdiriləcəyi çətin məsələdir”. 

Ekspert qeyd edir ki, Ukrayna NATO-ya üzv olmasa da, özü üçün mütləq mənada təhlükəsizlik qarantiyası almalıdır:

"Göründüyü kimi, Rusiyanın nə istəməsindən asılı olmayaraq, Ukraynanın da istəkləri əsas şərtdir. Rusiya da əslində yaxşı bilir ki, Ukraynanın istəyi də burada rol oynayacaq”. 
 
 

Həmsöhbətimizin fikrincə, münaqişə tərəfləri və xarici aktorların gizli istəkləri müharibəyə son qoymağa imkan vermir: 

"Münaqişə tərəflərinin və digər aktorların gizli istəkləri müharibənin sona çatmasına mane olur. Hər kəsin öz maraqları var. Odur ki, müharibənin tezliklə başa çatmayacağı aydın şəkildə görünür. Hətta müharibənin daha da genişlənməsi ehtimalı var”.

Qeyd edək ki, Trampın xüsusi nümayəndəsi Kit Kelloqun dediyinə görə, ABŞ Ukrayna münaqişəsilə bağlı 22 bəndlik sülh planı təqdim edib. Kelloq həmçinin planın bəzi detallarını açıqlayıb. Onun əsasında hərbi əməliyyatların dayandırılması dayanır. Həmin plan Londonda tərtib olunub. Başqa bir maddədə isə Ukraynanın NATO-ya üzvlüyünə qadağa qoyulması nəzərdə tutulur. Trampın xüsusi nümayəndəsi Vitkof isə bildirib ki, Rusiya lideri Putin həmin 22 bəndlik planı müzakirə etməkdən imtina edib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->