Xəbər lenti

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı
Ölkə 15:32 20.11.2025

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Bakının Yasamal rayonunda və Hövsan qəsəbəsində Mənzil İnşaatı dövlət Agentlıiyinin (MİDA) sifarişi ilə tikilən sosial evlərdən mənzil almaq istəyən vətəndaşlar dələduzluqla üzləşib. 

Qaynarinfo xəbər verir ki, Sabir Quliyev (şərti) və Nərminə Alıyeva (şərti) Tural adlı şəxs tərəfindən aldadılıb. 

Həmin şəxs Sabir və Nərminəyə Hövsan qəsəbəsindəki sosial evlərdən mənzil ala biləcəyinə inandırıb. O, bunun müqabilində Sabirdən 2400 manat, Nərminədən isə hissə-hissə olmaqla 12 047 manat pul alıb. Tural verdiyi vədi yerinə yetirmədiyi hüquq-mühafizə orqanlarına müraciət edilib. 

Quba rayonunda saxlanılan Turala Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunub. Həmçinin barəsində məhkəməni qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə baxılıb. 

Məhkəmə zamanı Tural verilmiş ittiham üzrə özünü qismət təqsirli bilib. Onun iddiasına görə aldığı pullar sadəcə borc olub. Lakin zərərçəkmişlər onun dediklərinin əksini bildirib. 

Məhkəmənin hökmü ilə Turala 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin olumuş cəzadan çıxılıb və üzərində qəti olaraq 1  il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->