Xəbər lenti

Qurban Qurbanov oyundan əvvəl yuxuda kimi görüb? (VİDEO)
İdman 09:33 13.07.2022

Qurban Qurbanov oyundan əvvəl yuxuda kimi görüb? (VİDEO)

"Qarabağ” - "Lex” matçından sonra təşkil olunan mətbuat konfransında maraqlı anlar yaşanıb.

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında gecə gördüyü yuxudan danışıb.

O, yuxuda millət vəkili Aqil Abbası gördüyünü bildirib:

"Gecə yuxuda Aqil Abbası görmüşəm. Görürəm, Şuşada dağın başındadır, qar yağıb. Aqil müəllim də qarın içindədir. Mənə deyir ki, şəhərdə nə cür istidir, amma Qarabağda gör hava necədir. Mənə bir-bir təpələrdəki qarı göstərib. Mən də yuxuda sanki Şuşada idim”.

Qeyd edək ki, Aqil Abbas "Qarabağ” azarkeşidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->