Xəbər lenti

Məşhur kriptovalyuta 24 saatda 90 faiz dəyər itirdi... - Bir gecədə milyardlar
Dünya 14:00 14.04.2025

Məşhur kriptovalyuta 24 saatda 90 faiz dəyər itirdi... - Bir gecədə milyardlar "buxarlandı"

Kriptovalyuta bazarının diqqətçəkən adlarından biri olan "Mantra" token son 24 saatdə 90 faizdən çox dəyər itirib. 

Qaynarinfo xəbər verir ki, valyutanın bazar dəyərinin 5 milyard dollardan çox hissəsi bir gecədə silinib. Mütəxəssislər bu hadisəni LUNA və FTX çökməsindən sonra baş verən ən böyük dəyər itkisi kimi qiymətləndirirlər.

"Mantra" kriptovalyutasının OM tokeni 13 aprel tarixində təxminən 6,3 dollar dəyərində satıldığı halda, bir gün ərzində qiyməti 0,50 dolların altına enib. Beləliklə, bu rəqəmsal valyuta təxminən 6 milyard dollarlıq bazar dəyərinin 90 faizindən çoxunu itirib.

Bəzi treyderlər bu qəfil çöküşü "xalçanın çəkilməsi" (ingiliscə: rug pull) termini ilə ifadə ediblər. Sosial şəbəkə istifadəçiləri bu hadisəni "LUNA/FTX-dən bu yana ən böyük xalça çəkməsi” adlandırıblar. "Xalçanın çəkilməsi" bazara buraxılan bir rəqəmsal valyutanın dəyərinin, onu buraxanların bütün aktivləri çıxarması nəticəsində sıfırlanması mənasına gəlir. Bir neçə il əvvəl baş verən "Luna" kriptovalyuta şəbəkəsinin çökməsi nəticəsində 60 milyard dollarlıq vəsaitin buxar olduğu təxmin edilirdi. Lakin "Mantra" tokeninin kəskin dəyər itkisinin dəqiq səbəbi hələ ki, məlum deyil.

"Mantra"nın yanında, 2025-ci ilin ilk aylarında investorların milyardlarla dollar itirdiyi 1,4 milyard dollarlıq "Bybit" hücumu da ilin önəmli itkiləri arasında yer alır.

"Mantra"dan cavab: "Heç yerə getmirik"

"Mantra"nın həmtəsisçisi Cey Pi Mallin OM tokeninin çöküşü ilə bağlı açıqlama verib. O bildirib ki, layihənin "Telegram" qrupu hələ də aktivdir və Mantra komandasının tokenlərinin nəzarətdə saxlandığını qeyd edib.

Mallin sosial şəbəkə platforması X-də paylaşımında "Buradayıq və heç yerə getmirik" deyə bildirib və "Mantra" komandasının OM tokenləri üçün rəsmi təsdiq ünvanı təqdim edib.

"Mantra" və investisiya holdinqi DAMAC, bu ilin əvvəlində bəzi şirkətlərin aktivlərini "Mantra" tokeninə çevirmək məqsədilə 1 milyard dollarlıq razılaşma imzalamışdı. Şirkət eyni zamanda fevral ayında Dubay Virtual Aktivlərin Tənzimləmə İdarəsindən (VARA) virtual aktiv xidmət təminatçısı lisenziyası alıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->