Xəbər lenti

Ermənistan Təhlükəsizlik Şurasının katibi KTMT-dən küsüb
Dünya 12:37 17.09.2022

Ermənistan Təhlükəsizlik Şurasının katibi KTMT-dən küsüb

Üzvləri altı postsovet respublikası olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın iki gün əvvəl Azərbaycanla münaqişə zamanı istədiyi yardım tələbini təmin etməyib. 

Qaynarinfo xəbər verir ki, bunu cümə günü "Azadlıq” radiosuna müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

"Bizim gözləntimiz və KTMT-dən tələbimiz nə idi? Ermənistanın suverenliyinin qorunması və Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən çıxarılması üçün Ermənistana hərbi və hərbi-siyasi yardım göstərilməsi. KTMT-dən tələbimiz sadəcə olaraq bundan ibarət idi,  lakin indiyədək bunlar yerinə yetirilməyib”, - deyə o bildirib və əlavə edib ki, belə bir reaksiya "İrəvanı qane etmir”.

Qriqoryanın sözlərinə görə, Qazaxıstan hadisələrindən sonra blokun kollektiv müdafiə mexanizmlərinin nəhayət işləyəcəyinə ümid yaranmışdı.

"Belə bir ümid var idi və təbiidir ki, artıq belə bir ümid yoxdur", - Qriqoryan bildirib. Onun sözlərinə görə, KTMT-nin yalnız "mahiyyətli addımları” vəziyyəti düzəldə bilər. Üstəlik, bu, təkcə kollektiv qüvvələrin tətbiqi deyil, həm də digər vasitələr ola bilər - hərbi-siyasi, diplomatik, iqtisadi.

Qriqoryan qeyd edib ki, bu arada KTMT İrəvanın blokdan çıxmaq imkanını istisna edib-etməməsi ilə bağlı sualdan narahat olmalıdır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->