Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi
Ekonomiks 13:00 14.04.2025

Dövlət Dəniz və Liman Agentliyi gəmilərə xəbərdarlıq etdi

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq ediB.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib. 

Xəbərdarlığa əsasən, aprelin 15-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyinin aprelin 17-si gündüz saatlarına kimi davam edəcək. 

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi  gözlənilir. Dalğanın hündürlüyünün isə 2.0-3.0 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->