62 yaşlı Rəhman Cəlilov Mingəçevir Dövlət Universitetindən məzun olub.
Qaynarinfo xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, bu gün ona bakalavriat səviyyəsi üzrə diplom təqdim edilib.
O, MDU-da "İqtisadiyyat” ixtisası üzrə qiyabi formada təhsil alıb.
Qeyd edək ki, R.Cəlilov əvvəllər kollec məzunu olub. Hazırda o, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində çalışır.
Şərhlər