Asiyada 7 mayda artan gərginlik Pakistan və Hindistan arasında əldə olunan atəşkəs razılaşması ilə səngiyib.
Qaynarinfo xəbər verir ki, razılaşmaya əsasən, hər iki ölkənin hərbi qüvvələri 30 maya qədər müharibə olmayan dövrdəki mövqelərinə geri çəkiləcək.
Rəsmi şəxslər bildiriblər ki, Hindistanın 7 mayda Pakistana qarşı həyata keçirdiyi hücumlarla başlayan toqquşmalardan sonra əldə edilən atəşkəs çərçivəsində tərəflər əsgərlərini ön xətt mövqelərindən geri çəkməyə razılaşıblar.
Məlumata görə, bu qərarın qəbul edilməsində ABŞ və digər maraqlı ölkələrin diplomatik təşəbbüslərinin rolu olub. Rəsmilər bu addımı atəşkəsin ikinci mərhələsi kimi qiymətləndiriblər.
Aydın
Şərhlər