Xəbər lenti

ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirildi
Ekonomiks 11:42 12.03.2026

ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirildi

ABB-nin dəstəyi, "Facemark” şirkətinin təşkilatçılığı ilə "Gülüstan” sarayında II Qadın Liderləri Zirvəsi keçirilib.

Tədbirdə Azərbaycandan və ölkə xaricindən müxtəlif fəaliyyət sahələrini təmsil edən qadın liderlər bir araya gəlib.

ABB-nin baş direktoru Aynur Süleymanlı iştirakçılara ABB-nin qadınlara bərabər imkanlar mühitinin yaradılması məqsədilə həyata keçirdiyi layihələr barədə danışıb. Bankın son illərdə qadın liderlərin inkişafı sahəsində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.

ABB-nin Əməliyyat departamentinin direktoru Nərgiz Aslanova panel müzakirəsində iştirakçılarla öz şəxsi inkişaf təcrübəsini bölüşüb.

Müzakirələr "Zirvəyə gedən yol”, "Zirvədəki baryerlər və maneələr”, "Zirvədə davamlılıq və dayanıqlılıq” mövzularında 3 əsas panel üzrə aparılıb.

Tədbir zamanı keçirilən müsabiqənin qaliblərinə ABB-nin hədiyyələri də təqdim olunub.

II Qadın Liderləri Zirvəsi ölkəmizdə qadın liderliyinin gücləndirilməsi və gələcək nəsil liderlərin formalaşdırılmasına töhfə verən əhəmiyyətli platforma kimi yadda qalıb.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

--> -->