Xəbər lenti

Əli Vəliyev Berlində bürünc medal qazandı
İdman 23:38 08.05.2026

Əli Vəliyev Berlində bürünc medal qazandı

Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Almaniyanın paytaxtı Berlində keçirilən Dünya seriyasında bürünc medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, yeniyetmə paralimpiyaçı S10 kateqoriyasında 100 metr məsafəyə kəpənək üsulu ilə üzmə yarışında uğurlu çıxış edib.

O, 1:03.42 nəticə göstərərək gənclər arasında bürünc medala sahib çıxıb.
--> -->