Sumqayıt Şəhər İcra Hakmiyyəti təmizlik sahəsində işləyənlər geyimlərin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Teymur Collection" MMC seçilib.
İcra hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 875 164,7 manat təşkil edir.
Qurum bu məbləğə aşağıdakı geyimləri almağı planlaşdırır:
* Fəhlə paltarı (yay üçün)
* Fəhlə paltarı (qış üçün)
* Gödəkcə (yay üçün)
* Gödəkcə (qış üçün)
* Fəhlə ayaqqabısı
* Papaq
* İş çəkməsi (yay üçün)
* İş çəkməsi (qış üçün)
* Əlcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Teymur Collection” MMC 27 sentyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 000 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Koroğlu prospekti, ev 728A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Teymur Rizvan oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Dövlət satənalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "Teymur Collection” MMC satınalma müsabiqələrində fəal iştirak edir və əsasən iri məbləğli tenderlərin qalibi seçilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçsı Zakir Fərəcovdur. O, 2015-ci ildən bu vəzifədədir.
Seyid
Şərhlər