"İnter Mayami”nin futbolçusu Lionel Messi bildirib ki, "Barselona”nın gənc oyunçusu Lamin Yamal ona karyerasının başlanğıc dövrünü xatırladır.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı jurnalist Pollo Alvares yayıb.
"Yeni nəsil futbolçular arasında Lamin Yamal mənə özümün futbolçu karyerama başladığım dövrü ən çox xatırladan oyunçudur. Bu barədə heç bir şübhəm yoxdur, mənim üçün Yamal bu yeni nəsil arasında ən yaxşısıdır”, deyə Messi bildirib.
Messi "Barselona” klubunun yetirməsidir və əsas komandada 2003–2021-ci illərdə çıxış edib. O, bu müddətdə 835 oyun keçirib və 709 qol vurub. Messi "Barselona” ilə 4 dəfə Çempionlar Liqasının qalibi olub, Argentina yığması ilə 2022-ci ildə dünya çempionu olub, iki dəfə Amerika Kubokunu qazanıb və 8 dəfə "Qızıl top” mükafatına layiq görülüb.
Aydın
Şərhlər