Xəbər lenti

Nazir Regional Mərkəzin direktoru vəzifəsini ona tapşırdı
Ölkə 16:55 14.05.2026

Nazir Regional Mərkəzin direktoru vəzifəsini ona tapşırdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında (ETSN) Meşələrin İnkişafı Xidmətinin 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsi Sərxan Ağabalayevə həvalə edilib. 

Qaynarinfo-nun məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov müvafiq əmr imzalayıb. 

Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə yeni direktor təyin olunanadək həmin vəzifəni müvəqqəti olaraq Sərxan Ağabalayev icra edir.

Qeyd edək ki, 2024-cü ildən 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəisi vəzifəsini Oktay Mirzəyev icra edirdi. 

Aydın
--> -->