Rəqqasə Fatimə Fətəliyevanın 19 min manat dəyərində brilyant üzüyü itib.
Bu barədə Qaynarinfo-ya məlumat verən rəqqasənin köməkçisi itən üzüyün dəst olduğunu bildirib:
"Tədbirə gedəndə həmin dəst üstündə olub. Axşam evə gələndə baxıb ki, brilyant dəstin üzüyü yoxdur. Üzük "Robert Coin" brendinə məxsusdur və sərgi məhsuludur. Hazırda dəstin sırğaları qalıb. Üzük üç gündür ki, itib".
Qeyd edək ki, rəqqasə Fatimə Fətəliyevaya məxsus "Robert Coin" brendinin qiyməti 9500 avro (19 min manat) təşkil edir. O, sosial şəbəkə hesabında zinət əşyasını tapan şəxsə mükafat verəcəyini bildirib.
Bahar Rüstəmli
Şərhlər