Xəbər lenti

Papa Roması: Avropanın yenidən silahlanmasını müdafiə adlandırmaq olmaz
Dünya 18:15 14.05.2026

Papa Roması: Avropanın yenidən silahlanmasını müdafiə adlandırmaq olmaz

Avropada yenidən silahlanma gərginliyi artırır, diplomatiyaya etimadı sarsıdır və elitaları zənginləşdirir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Papa Lev XVI "X” sosial şəbəkəsində yazıb.

"Son bir il ərzində dünyada və Avropada hərbi xərclər kəskin şəkildə artıb. Yenidən silahlanma gərginliyi artırır və təhlükəsizliyi azaldır, təhsil və səhiyyəyə yatırımları tükədir, diplomatiyaya etimadı sarsıdır və ümumi rifaha qayğı göstərməyən elitaları zənginləşdirir. Bunu müdafiə adlandırmaq olmaz", deyə o qeyd edib.

Roma Papasının sözlərinə görə, hazırda dünya müharibə və döyüşkən ritorika ilə təhrif olunub, geosiyasi mühitdən isə zehni çirklənmə yayılır və bu, hər bir sosial əlaqəyə nüfuz edir. Pontifik vurğulayıb ki, düşmən yaradan hər cür sadələşdirmə aradan qaldırılmalıdır.

Qeyd edək ki, 12 mayda NATO-nun baş katibi Mark Rutte alyans ölkələrini müdafiə sənayesini daha fəal inkişaf etdirməyə və bu sahəyə investisiyaları artırmağa çağırıb. O, eyni zamanda ABŞ-da və Avropa ölkələrində silah və hərbi texnika istehsalının yetərli olmadığını vurğulayıb.

Aydın
--> -->