Xəbər lenti

Bukmekerlər açıqladı: Azərbaycanın final şansı nə qədərdir? (SİYAHI)
Sənət 15:37 14.05.2026

Bukmekerlər açıqladı: Azərbaycanın final şansı nə qədərdir? (SİYAHI)

Bu gecə "Eurovision" Mahnı Müsabiqəsində ikinci yarımfinal keçiriləcək.

Qaynarinfo xəbər verir ki, Bakı vaxtı ilə saat 23.00-da başlayacaq yarışmada Azərbaycan təmsilçisi Jiva da çıxış edəcək. 

Təmsilçimiz 2-ci nömrə altında səhnəyə çıxacaq. O, ölkəmizi "Just Go" mahnısı ilə təmsil edəcək. Final isə mayın 16-da baş tutacaq və Vyanadakə "Wiener Stadthalle" arenasında keçiriləcək.

Artıq bukmekerlər ikinci yarımfinalla bağlı proqnozu açıqlayıb. Onlar Azərbaycan təmsilçisinin finala çıxmaq şansını cəmi 9 faiz dəyərləndirir. Bu, ikinci yarımfinalın 15 iştirakçısı arasında ən pis göstəricidir.



Qeyd edək ki, birinci yarımfinalda Xorvatiya, Finlandiya, Gürcüstan, Yunanıstan, Portuqaliya, Moldova, İsveç, Belçika, Estoniya, İsrail, Litva, Monteneqro, Polşa, San-Marino, Serbiyadan olan təmsilçilər finala keçmək uğrunda mübarizə aparıblar. Finala 10 ölkə - Yunanıstan, Finlandiya, Belçika, İsveç, Moldova, İsrail, Serbiya, Xorvatiya, Litva və Polşa vəsiqə qazanıb.

Aydın
--> -->