Məşhur müğənnilər Madonna və Şakira, eləcə də Cənubi Koreyanın BTS qrupu 2026-cı il futbol üzrə dünya çempionatının final oyununun fasiləsində səhnə alacaqlar.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumat turnirin rəsmi "X” hesabında yayımlanıb.
Qeyd olunur ki, fasilə şousu FIFA-nın Qlobal Təhsil Fonduna dəstək məqsədi daşıyacaq və uşaqların dünya üzrə təhsilə və futbola çıxışını genişləndirmək üçün nəzərdə tutulan 100 milyon dollarlıq təşəbbüs çərçivəsində həyata keçiriləcək.
Futbol matçında fasilə standart olaraq 15 dəqiqə davam edir və şou bu müddəti aşmayacaq. Final oyunu 19 iyul 2026-cı ildə ABŞ-ın Nyu-Cersi ştatında yerləşən "MetLife Stadium” stadionunda keçiriləcək.
2026-cı il dünya çempionatı futbol üzrə 23-cü mundial olacaq və final mərhələsi ABŞ, Kanada və Meksikada keçiriləcək. Yarışın formatına əsasən, iştirakçı komandaların sayı 32-dən 48-ə yüksəldilib.
Aydın
Şərhlər