Xəbər lenti

İdman 13:45 14.05.2026

"Real Madrid" "Barselona" ilə münasibətləri tamamilə kəsdi

"Real Madrid"in prezidenti Florentino Peres "Barselona” ilə hakimlik qalmaqalı səbəbindən bütün münasibətləri tamamilə dayandırdığını bildirib. 

Qaynarinfo xəbər verir ki, onun sözlərini jurnalist Fabrizio Romano "X” sosial şəbəkəsində yayıb.

"Barselona” ilə bütün əlaqələri tamamilə kəsirəm. 20 il ərzində hakimləri satın alan bir klubla heç bir əlaqəm olmasını istəmirəm. Neqreyranın işi kimi ciddi məsələdə ədalətin bərqərar olmasını istəyirəm”, deyə Peres bildirib.

"Barselona” ətrafında "Neqreyra işi” kimi tanınan hakimlik qalmaqalı klubun 2001–2018-ci illər arasında İspaniya Hakimlər Texniki Komitəsinin (CTA) sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya 7,3–8,4 milyon avro ödəniş etməsi ilə bağlı ittihamlarla əlaqədardır. Prokurorluğun versiyasına görə, bu ödənişlər hakimlərin loyallığını təmin etmək məqsədi daşıya bilərdi. "Barselona” isə həmin vəsaitlərin yalnız hakimlər barədə texniki hesabatlara görə ödənildiyini bildirir.

10 may tarixində "Barselona” İspaniya çempionatının 35-ci turunda "Real Madrid”i məğlub edərək vaxtından əvvəl ölkə çempionu olub. Qarşılaşma Barselonadakı "Nou Kamp” stadionunda keçirilib və 2:0 hesabı ilə başa çatıb.

Aydın

--> -->