Aktyor Tomas Hardi prodüserlə yaşanan konflikt səbəbindən Qay Riçinin "Qanqsterlər diyarı” kriminal dramının üçüncü mövsümündə çəkilməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Variety” nəşri məlumat yayıb.
Daha əvvəl "Puck” nəşri Hardinin layihəni tərk etdiyini bildirmişdi. Buna səbəb icraçı prodüser Cez Butteruortla yaşanan gərginlik olub. Bildirilir ki, Butteruort Hardinin layihədə qalacağı təqdirdə istefa verəcəyi ilə hədələyib.
Bundan əlavə, aktyorun çəkilişlərə tez-tez gecikdiyi, ssenariyə razılaşdırılmadan dəyişikliklər etdiyi və serialın getdikcə Helen Mirren və Pirs Brosnanın personajlarına daha çox fokuslanmasından narazılıq bildirdiyi iddia olunur.
"Qanqsterlər diyarı” Harrigan ailəsinin cinayət dünyasından bəhs edir. Ailəyə Konrad (Pirs Brosnan) və onun həyat yoldaşı Meyv (Helen Mirren) rəhbərlik edir. Hardi isə bu ailə üçün çalışan "problemləri həll edən” peşəkar bir obrazı canlandırırdı.
"Variety”nin məlumatına görə, ikinci mövsümün çəkilişləri 2025-ci ilin martında başa çatıb. Üçüncü mövsüm isə hələ rəsmi olaraq elan edilməyib.
Qeyd edilir ki, Tomas Hardi çəkiliş meydanında əvvəllər də münaqişələrlə gündəmə gəlib. O, "Dəli Maks: Qəzəb yolu” filminin çəkilişləri zamanı Şarliz Teronla ciddi mübahisə yaşamışdı. Rejissor Corc Millerin sözlərinə görə, Hardini treylerindən çıxarmaq bəzən çətin olurdu.
Aydın
Şərhlər