Novosibirsk dermatoloqları Leonardo da Vinçinin tablosundan Mona Lizaya dəri xəstəliyi diaqnozu qoyublar.
Qaynarinfo xəbər verir ki, bu barədə Novosibirsk Səhiyyə Nazirliyi öz "Telegram" kanalında məlumat yayıb.
Rus həkimləri 1503-cü il rəsmindəki qızın alopesiyadan - keçəllikdən əziyyət çəkdiyi qənaətinə gəliblər.
Rəsm yerli dermatovenoz dispanserin 100 illiyinə həsr olunmuş "Əsrdən əsrə” sərgisinin bir hissəsi olub. Sərgidə həmçinin məşhur rəssamların dəri xəstəliklərinin əlamətlərini görə biləcəyiniz digər portretlər də yer alıb.
"Təqdim olunan materiallara görə çox sağ olun, mən bilirəm ki, siz onları çox diqqətlə topladınız. Tarixinizi bilmək və onu söyləmək, Novosibirsk vilayətində dermatovenerologiya xidmətinin bir gündə yaranmadığını göstərmək lazımdır”, deyə vilayətin səhiyyə naziri vəzifəsini icra edən Konstantin Xalzov bildirib.
Aydın
Şərhlər