Bakıda "Süni intellekt gündəlik həyatımızda" adlı seminar keçiriləcək.
Seminarda ABŞ-da süni intellekt sahəsində korporativ təlimlər verən və süni intellekt məhsulları olan "Flowlyst” şirkətinin təsisçisi Əziz Ağayev çıxış edəcək.
Seminarın təşkilatçısı
Valyuta.Az biznes-maliyyə portalıdır.
İki saatlıq bu sessiya süni intellekti gündəlik həyatda və peşəkar fəaliyyətdə effektiv istifadə etmək üçün lazım olan düşüncə tərzini və praktiki bacarıqları formalaşdırmağa həsr olunub. İştirakçılar canlı demolar vasitəsilə ChatGPT, Gemini, Copilot və Claude kimi alətlərin imkanlarını görəcək, doğru sual vermək və real nəticə əldə etmək üçün sınanmış yanaşmaları mənimsəyəcəklər. Sessiyanın sonunda hər kəs öz işinə dərhal tətbiq edə biləcəyi konkret addımlarla ayrılacaq.
Tarix: 2 İyun 19:00
Ünvan: Holberton Azərbaycan Məktəbi
Müddət: 2 saat
Bilet simvolik olaraq 25 AZN
İştirak etmək üçün
bu linkdən qeydiyyatdan keçmək lazımdır.
QEYD: İlk müraciət edən 10 bakalavr tələbəsi üçün iştirak ödənişsizdir.
Şərhlər