Xəbər lenti

İdman 11:22 26.05.2026

"Qarabağ"dan daha bir transfer: Hücuma milli üzvü gəlir

Yay transfer transfer pəncərəsinə sürətli başlayan "Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Ağdam təmsilçisi Serbiyanın məşhur "Srvena Zvezda" klubunda çıxış edən Şavi Babikanın transferini rəsmiləşdirmək üzrədir.

Lakin bu transfer mübarizəsində "Qarabağ" tək deyil. Cənubi Kiprin "Omoniya" və Yunanıstanın AEK komandaları da futbolçunu yaxından diqqətdə saxlayır.

Şavi Babika karyerasına vətəni Qabonda - "Manqasport"da başlayıb. Daha sonra Ruandanın "Kiyovu" klubunda çıxış edib və 2021-ci ildə Avropya üz tutaraq Cənubi Kiprin "Aris" klubuna keçib. 2024-2025-ci illərdə Fransanın "Tuluza" klubunda çıxış edib və daha sonra 4 milyon avroya Serbiya "Srvena Zvezda"sına keçib. Onun Serbiya klubu ilə rəsmi müqavilə müddəti 2028-ci ilin yay aylarında başa çatır və Şavi Babika arxada qalan mövsümü icarə əsasında Türkiyənin "Fatih Karagümrük" klubunda keçirib.
 
O, 2022-ci ildən Qabon millisində çıxış edir. 25 yaşlı vinger bu müddətdə 21 oyuna çıxaraq 3 qol vurub. 

Qeyd edək ki, "Qarabağ" bundan əvvəl "Omoniya"dan Jali Muaddibi və "Yurqorden"dən Zakaria Savonu rəsmən öz rənglərinə bağlayıb.

Aydın
--> -->