Xəbər lenti

Yeni Zellandiyada parlamentində şok görüntülər (FOTO)
Dünya 13:40 26.05.2026

Yeni Zellandiyada parlamentində şok görüntülər (FOTO)

Yeni Zellandiyada bu həftə açıqlanacaq büdcə öncəsi parlamentdə qeyri-adi anlar yaşanıb. Balıqçılıq və Okeanlar naziri Şeyn Cons əlində canlı bir kerevit (xərçəngkimisi) ilə parlament binasının koridorlarında görüntülənib.

Qaynarifno xəbər verir ki, parlament koridorlarında əlində canlı kerevitlə hərəkət edən nazir jurnalistlərin və deputatların diqqətini dərhal cəlb edib. Hadisə zamanı davam edən bir reportaj yarımçıq qalıb və kameralar qəfil olaraq nazirə yönəlib.
 


Jurnalistlərdən birinin "Canlıdır?” sualına nazir belə cavab verib: "Gördüyünüz kimi hələ də hərəkət edir. Amma isti suya düşdükdə artıq hərəkət etməyəcək".

Məlumata görə, Şeyn Cons həmin dəniz canlısının Yeni Zellandiyanın yerli Maori icmasının üzvləri tərəfindən ona hədiyyə edildiyini bildirib. O, həmçinin kerevitin büdcə gecəsi ilə bağlı simvolik olaraq istifadə ediləcəyini deyib.

Nazir jurnalistlərin enerji siyasəti və partiya daxili məsələlərlə bağlı suallarını da əlindəki kerevitlə cavablandıraraq diqqət çəkib.
 


O, canlı heyvanın başqaları tərəfindən götürülüb yeyilə biləcəyindən ehtiyat etdiyini və buna görə onu parlamentin əsas iclas zalına aparmadığını da qeyd edib.

Yeni Zellandiya parlamenti əvvəllər də oxşar "dəniz məhsulu” etirazları ilə gündəmə gəlib. 2013-cü ildə müxalifət lideri Devid Şirer balıqçılıq kvotalarına etiraz olaraq parlamentdə iki ölü balıqla çıxış etmişdi.

Aydın
--> -->