Xəbər lenti

AAYDA-nın daha 8 qurumu ləğv olunduğunu elan etdi
Ekonomiks 12:26 26.05.2026

AAYDA-nın daha 8 qurumu ləğv olunduğunu elan etdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir neçə şirkət ləğv edilib.

Qaynarinfo iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.

Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC də ləğv olunduğunu elan edib.

--> -->