Böyük Britaniyanın yeni səfiri Azərbaycana gəldi (VİDEO)
Böyük Britaniyanın Azərbaycana təyin olunan yeni səfiri Dankan Norman ölkəyə gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.
"Azərbaycana Böyük Britaniyanın yeni təyin olunmuş səfiri kimi gəlmək çox qürurverici bir hissdir. Sizlərlə tanış olub, birlikdə çalışmağı səbirsizliklə gözləyirəm", deyə o qeyd edib.
Qeyd edək ki, Böyük Britaniya səfiri Fergus Auldun Azərbaycandakı diplomatik fəaliyyəti mayın 22-də başa çatıb.
Azərbaycana Böyük Britaniyanın yeni təyin olunmuş səfiri kimi gəlmək çox qürurverici bir hissdir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər