Argentina millisinin lideri Lionel Messi zədə səbəbilə qarşıdakı futbol üzrə dünya çempionatında iştirakını risk altına sala bilər.
Qaynarinfo xəvər verir ki, məlumatı "TyC Sports" yayıb.
Bildirilir ki, "Inter Mayami”nin ulduz futbolçusu MLS-də "Filadelfiya Union”a qarşı oyunda start heyətdə meydana çıxıb və iki məhsuldar ötürmə edib. Lakin 73-cü dəqiqədə o, sol bud arxa əzələsində ağrı hiss edərək oyunu tərk edib və özü əvəzlənməyi xahiş edib.
Matçdan sonra aparılan ilkin tibbi müayinədə ciddi əzələ qırığı aşkar edilməyib. Klub baş məşqçisinin sözlərinə görə, Messi turnir öncəsi riskə getməmək üçün meydanı tərk edib.
Qeyd edək ki, bu dünya çempionatı Messi üçün rekord sayda – altıncı iştirak ola bilər. Bu göstərici ilə o, Kriştiano Ronaldo və Guillermo Oçoa ilə birgə rekordçular sırasında yer alır.
Eyni zamanda Messi dünya çempionatlarında Argentina millisinin heyətində 13 qol vurub və bu göstəricidə Mirozlav Klozeyə çatmaq üçün cəmi 3 qol geridədir.
Xatırladaq ki, 2022-ci ildə Messi başda olmaqla Argentina millisi Fransa ilə finalda penaltilər seriyasında qalib gələrək dünya çempionu olmuşdu. Bu, Argentina üçün üçüncü, Messi üçün isə ilk dünya çempionluğu idi.
Turnirdə Argentina J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.
Aydın
Şərhlər