Xəbər lenti

Xaricdən gətirilən avtomobillərə müdaxilə edilir (VİDEO)
Video 11:41 06.04.2025

Xaricdən gətirilən avtomobillərə müdaxilə edilir (VİDEO)

Avtomobillərin qiymətlərini süni şəkildə artırmaq üsullarından biri də onun kilometrajının geri çəkilməsi, yəni yürüş məsafəsinin azaldılmasıdır. Ustalar hesab edirlər ki, geri çəkilmiş yürüş təkcə saxtakarlıq deyil, həm də yolda qəsdən fövqəladə vəziyyətlər yaratmaqdır. Bəs avtomobil alan şəxs belə hallarla üzləşməmək üçün nə etməlidir?

Xezerxeber.az-ın məlumatına görə, bəzi avtomobillərin vinkodu var, amma yoxlayanda heç bir məlumat çıxmır.

Xaricdən gətirilib ölkəmizdə satılan bəzi avtomobillərdə belə problem aşkarlanır.

Ustalar deyirlər ki, bəzi işbazlar uzun müddət istifadə edilən, vuruğu olan avtomobilləri rahat satmaq üçün bu üsuldan istifadə edirlər.

Belə hallara ən çox da Amerika və Koreya bazarından satış məqsədilə gətirilən avtomobillərdə rast gəlinir. Yürüşü çox olduğundan, alverçilər ucuz qiymətə aldıqları həmin nəqliyyat vasitələrini ölkəyə gətirib kilometrajını azaltmaqla satışa çıxarırlar. Hətta 15-17 dollar ödəyərək avtomobilin keçmişini də sildirirlər ki, alıcı məsələdən xəbərsiz qalsın.

Avtomobil elektriki Xaliq Əliməmmədovun sözlərinə görə, avtomobillərin keçmişi ilə bağlı məlumatlar bir çox saytlardan silinsə də, servisində qalır.

Xaliq Əliməmmədov deyir ki, xüsusi texniki müayinədən sonra bəzi avtomobillərin kilometrajının nə qədər geri çəkildiyini də müəyyən etmək mümkündür.

Ustalar deyirlər ki, avtomobilin yürüş məsafəsinin böyük olması gələcəkdə texniki problemlərin ortaya çıxa biləcəyindən xəbər verir. Bu da avtomobilin satış qiymətini aşağı salır. Buna görə də avtomobili satışa çıxaran bəzi şəxslər kilometrajı saxta yolla geri çəkməyə və maşının qiymətini artırmağa çalışırlar. Odur ki, avtomobil alarkən bu nüansların yoxlanılması vacibdir.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->