Nərimanov rayonunda xəttin ləğvi və yeni xəttin istismara verilməsi ilə əlaqədar "Montin" yaşayış massivində (Əlövsət Əliyev) 7 aprel saat 09:00-dan 8 aprel səhər saatlarına qədər suyun verilməsi kəsiləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sosial şəbəkədə məlumat yayıb.
"Nərimanov rayonu ərazisindən istismar müdəti bitmiş xəttin ləğvi və yeni xəttin istismara verilməsi ilə əlaqədar görülən işlər çərçivəsində "Montin” yaşayış massivinə aid (Əlövsət Əliyev) bəzi ərazilərdə 7 aprel tarixi saat 09:00-dan 8 aprel tarixinin səhər saatlarına qədər suyun verilməsində fasilə yaranacaq”, – məlumatda bildirilib.
Şərhlər