Xəbər lenti

Sürücüyə zor tətbiq edib 333 min manatını ələ keçirdilər
Ölkə 09:06 07.04.2025

Sürücüyə zor tətbiq edib 333 min manatını ələ keçirdilər

Şəmkir Rayon Polis Şöbəsinə "Mercedes" markalı avtomobildə sərnişin olan 2 nəfərin sürücüyə zor tətbiq edərək nəqliyyat vasitəsini və 332 800 manat ekvivalentində xarici valyutanın quldurluq yolu ilə ələ keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən 38 yaşlı Israpıl Baljanov, 39 yaşlı İsrafil Tağıyev və 33 yaşlı Rasim Cəfərov müəyyən olunaraq olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->