Xəbər lenti

Qaraçuxurda manyak peyda olub? - Polis işə qarışdı
Ölkə 11:27 07.04.2025

Qaraçuxurda manyak peyda olub? - Polis işə qarışdı

Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxsin yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi iddia edilir.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, son günlərdə həmin şəxsin qəsəbə ərazisində 2 məktəbli qıza yaxınlaşaraq xoşagəlməz hərəkətlər etməsi qeyd olunub. Artıq yeniyetmələrin yaxınları məsələ ilə bağlı polisə müraciət ediblər.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğuya cavab olaraq bildirib ki, məsələ ilə bağlı polisə müraciət daxil olub: "Hazırda müraciətlə bağlı araşdırmalar aparılır”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->