Xəbər lenti

Bu peşə sahibləri həftədə 3 gün işləyəcək - Bill Qeyts açıqladı
Texnologiya 10:09 07.04.2025

Bu peşə sahibləri həftədə 3 gün işləyəcək - Bill Qeyts açıqladı

Bill Qeyts qatıldığı bir proqramda süni intellektin gələcəyin iş rejiminə necə təsir edəcəyi barədə mühüm fikirlər səsləndirib.

Valyuta.az xəbər verir ki, "Microsoft"un təsisçilərindən biri olan Bill Qeyts süni intellektin iş həyatında inqilabi dəyişikliklər yarada biləcəyini və qarşıdakı on il ərzində insanların yalnız həftədə iki və ya üç gün işləyəcəyi dövrə keçəcəyini bildirib.

Məşhur gecə proqramı "The Tonight Show Starring Jimmy Fallon"da qonaq olan Bill Qeyts süni intellekt sahəsindəki sürətli inkişafların xüsusilə səhiyyə və təhsil kimi sahələrdə ciddi dönüşlərə yol açacağını qeyd edib.

"Süni intellekt bir çox işi öz üzərinə götürəcək"

Bill Qeyts "Gələcəkdə işlər necə olacaq? Həftədə sadəcə iki ya da üç günmü işləməliyik?" sualına cavab olaraq belə deyib: "Artıq bir çox işin insanlar tərəfindən yerinə yetirilməsinə ehtiyac qalmayacaq".

Xatırladaq ki, Bill Qeyts daha əvvəl də süni intellektin yaratdığı məhsuldarlıq artımlarının zamanla üçgünlük iş sisteminə keçidi mümkün edə biləcəyini vurğulamışdı.

Lakin Bill Qeytsin bu baxışının əksi olaraq, uzun iş saatlarının normal sayıldığı Hindistan kimi ölkələrdə bu fikir məntiqli qarşılanmaya bilər. Məsələn, "Infosys"in qurucusu Narayana Murti və "Larsen & Toubro"nun rəhbəri SN Subrahmanyan iqtisadi artımı təşviq etmək məqsədilə gələcəkdə daha çox işləməyin zəruri olduğunu düşünürlər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->