Xəbər lenti

Trampın oğlu ABŞ prezidentliyinə namizəd ola bilər
Dünya 16:35 21.05.2025

Trampın oğlu ABŞ prezidentliyinə namizəd ola bilər

ABŞ prezidenti Donald Trampın oğlu Tramp Jr. (Kiçik Tramp) 2028-ci il seçkilərində iştirakını istisna etməyib. 

Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.

Dohada Qətər İqtisadi Forumunda məsələ ilə bağlı sualı cavablandıran o, "heç vaxt bilməyəcəksiniz" deyib.

Tramp daha əvvəl 2028-ci ildə üçüncü müddətə yenidən seçilmək imkanını nəzərdən keçirəcəyini vəd etmişdi. Martın 30-da Tramp mümkün üçüncü prezidentlik müddəti ilə bağlı şərhlərinə ciddi yanaşdığını bildirib. O, namizədliyini irəli sürmək barədə düşünməyin tez olduğunu deyib, lakin bir çox insanın qərarı dəstəkləyəcəyini qeyd edib.

Eyni zamanda, ABŞ Konstitusiyası 22-ci düzəlişlə müəyyən edilmiş iki müddətdən artıq təkrar seçilməyi qadağan edir. Bununla belə, bir çox ekspertlər mövcud qanuni məhdudiyyətlərdən yayınmağın potensial yollarına işarə edirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->