Xəbər lenti

Tahir Əkbərin mahnısı qalmaqal yaratdı (AÇIQLAMA)
Maqazin 19:04 03.06.2024

Tahir Əkbərin mahnısı qalmaqal yaratdı (AÇIQLAMA)

Müğənni Tacir Şahmalıoğlu Əməkdar artist, mərhum bəstəkar Tahir Əkbərin qızının iradlarına cavab verib.
 
Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, "Unuda bilmirəm” mahnısının bəstəsi Tahir Əkbərə aiddir:

"Amma mən qızımla maşında yol gedirəm. Sıradan bir çəkilişdir. Nə etməliyəm? Qızımla getdiyim və oxuduğum yerdə deməliydim ki, bu, Tahir Əkbərin mahnısıdır? Çəkiliş deyil, veriliş deyil. Ata-bala yol gedirik. Hamısını mütləq yolda deməliyik? Hamı bilir ki, bu mahnı Tahir Əkbərindir, bunu kim inkar edir ki. Bütün çəkilişlərdə onun adını çəkirəm”. 

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu qızı ilə avtomobildə gedərkən "Unuda bilmirəm” mahnısını züm-zümə edib. Sənətçinin qızı həmin görüntünü sosial şəbəkədə paylaşıb və "Atamın bu mahnısından xoşum gəlir” sözlərini yazıb.
 
Onun bu sözləri mərhum bəstəkar Tahir Əkbərin qızının narazılığına səbəb olub. Bəstəkarın qızı isə "xanım, bu mahnı mənim atamın musiqisidi, Tahir Əkbərin. Sənin atan Tacir sadəcə olaraq manhını ifa edib”, deyə sosial şəbəkədə Tacir Şahmalıoğlunun qızına cavab verib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->