Xəbər lenti

Maqazin 09:38 18.03.2025

"Sevil və Sevinci oğluma almazdım"

Müğənni Xatirə İslam həmkarı Sevil və Sevinc Səfərova bacıları haqda açıqlaması ilə gündəmə gəlib.

Sənətçi "Afaqla onlar" verilişində bunları deyib:

"Sevil Sevincdən xoşum gəlir. Böyük oğlum olsaydı, onları almazdım. Onlar qısa geyinirlər. İstəyirəm, gəlinim evdə otursun, qəşəng yemək bişirsin, çay dəmləsin. Yeyim, bir az kökəlim. Əkizlər o qədər gözəldilər, həmişə göz önündədirlər. Qısqanc adamam".

Xatirə bir müddət əvvəl verdiyi "Böyük oğlum olsaydı, Aygün Bayramovanı alardım" açıqlaması haqda suala "Kimi demişəm? Xatırlamıram. Aygün Bayramova? Doğrudan? Yox, o yemək bişirən adama oxşamır, acından ölərdim. Sağ olsun. Yaxşı muğamlar oxusun" cavabını verib. //Axşam.az 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->