Xəbər lenti

Bakı-Tiflis qatarı ilə bağlı nə vaxt qərar veriləcək? - Deputatdan açıqlama
Dünya 16:44 18.03.2025

Bakı-Tiflis qatarı ilə bağlı nə vaxt qərar veriləcək? - Deputatdan açıqlama

"Yaxın vaxtlarda Bakı və Tiflis arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı hansı qərarların veriləcəyi bəlli olacaq" 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov karantin müddətinin uzadılması ilə bağlı Nazirlər Kabinetinin qərarını şərh edərkən deyib.

Deputat Gürcüstanla Azərbaycan arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı açıqlamaların Gürcüstan hökuməti tərəfindən verildiyini xatırladıb:

"Gürcüstan hökuməti may ayının 1-dən Bakı və Tiflis arasında dəmir yolu xəttinin açılması ehtimalı ilə bağlı rəsmi məlumatı bölüşmüşdü. Nəzərə alaq ki, Gürcüstan tərəfinin açıqlamaları rəsmi mənbə idi. Rəsmi olaraq Gürcüstan hökuməti tərəfindən bu informasiya paylaşdırılmışdı. Mayın 1-ə bir aydan çox müddət var. Karantin rejimi ilə də bağlı fərqli istiqamətdə qərarları olur, müəyyən məhdudiyyətlər qüvvədə saxlanılır, müəyyən məhdudiyyətlər yumşaldılır".
 


Vüqar Bayramov qeyd edib ki, məsələ ilə bağlı son qərarın müzakirələr nəticəsində mayın 1-ə kimi olan dövrdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarına görə, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Qərara görə, karantin rejiminin müddəti aprelin 1-dən iyulun 1-dək uzadılıb.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->