Aşıq Əli Tapdıqoğlu 35 kiloqram arıqlayıb. Aşıq buna pəhriz yolu ilə nail olduğunu bildirib:
"4 aydır pəhriz saxlayıram, idman edirəm. Heç vaxt lazımsız vaxtda əməliyyat etmərəm. Bıçaq altına yatmaram”.
Aşığın bu fotosu sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Hər biz izləyici onun əməliyyat yolu ilə arıqladığını qeyd edib.
Aşıq Əli Qaynarinfo-ya açıqlamasında əməliyyat yolu ilə arıqladığını sübut edənlərə 50 min manat pul boyun olub:
"50 min manat mən qoyuram, 50 min də onu deyənlər qoysun. Birlikdə həkimə gedəcəyik, müayinə olunacam, əgər hər hansı əməliyyat olunduğuma dair nəticə aşkarlansa, həmin 50 min manatı o adama verəcəm. Yəni əməliyyatla arıqladığımı kim mənə isbat etsə, 50 min manat onundur. Bu mənim sözümdür. Sağlam yolla, idman etməklə arıqlamışam. Nəfisə qalib gəldinsə istədiyin nəticəni əldə etmək asan olur”.
Bahar Rüstəmli
Şərhlər