"Google" bulud təhlükəsizlik platforması "Wiz"i 32 milyard dollara satın alacağını elan edib.
Qaynarinfo xəbər verir ki. şirkət süni intellektin texnologiya infrastrukturunun daha güclü kibertəhlükəsizlik imkanlarına ehtiyac duyması səbəbindən bu addımı atdığını bildirib.
AFP-nin məlumatına görə, tamamilə nağd şəkildə həyata keçirilən bu anlaşma çərçivəsində "Wiz" "Google Cloud" əməliyyatlarına inteqrasiya ediləcək.
Bu satınalma nəticəsində istifadəçilərə təqdim olunan xidmətlərin imkanları genişlənəcək və müştərilər üçün uçtan-uça təhlükəsizlik platforması təmin olunacaq.
Aydın
Şərhlər