Xəbər lenti

BYD 5 dəqiqəlik elektrodoldurma texnologiyasını elan etdi, səhmləri rekord həddə yüksəldi
Dünya 18:47 18.03.2025

BYD 5 dəqiqəlik elektrodoldurma texnologiyasını elan etdi, səhmləri rekord həddə yüksəldi

Çinin elektromobil istehsalçısı BYD-in səhmləri, şirkətin qurucusu Van Çuanfunun enerji doldurma texnologiyasında inqilabi yeniliyə nail olunduğunu elan etməsindən sonra rekord səviyyəyə çatıb.

Qaynarinfo xəbər verri ki, bu barədə "Financial Times" yazır.

Van Çuanfu vurğulayıb ki, BYD elektromobilləri artıq "benzinlə işləyən avtomobillər qədər tez doldurula bilər".

Honq Konq birjasında BYD-in səhmləri 4% bahalaşaraq 401,40 Honq Konq dollarına çatıb. Son bir ildə isə şirkətin səhmlərinin qiyməti 85% artıb.

Yeni sistem avtomobilin enerji ehtiyatını 5 dəqiqə ərzində 470 km-ə qədər artırmağa imkan verir. Lakin bunun üçün kifayət qədər güclü xüsusi doldurma stansiyaları tələb olunur. İlkin mərhələdə BYD belə 4 000 cihaz quraşdırmağı planlaşdırır.

Omdia analitiki Kris Lyuya görə, bu il Çində təxminən 460 000 yeni ictimai doldurma qurğusu quraşdırılacaq ki, bu da dünya üzrə ümumi göstəricinin üçdə ikisini təşkil edir.

Aprel ayından etibarən BYD bu yeni texnologiyanı dəyəri 40 000 dollara qədər olan iki populyar SUV modelində tətbiq edəcək.
Xatırladaq ki:

• Çin avtomobil istehsalçısı BYD Almaniyanı Avropada üçüncü zavodunun mümkün yerləşmə yeri kimi nəzərdən keçirir.
• BYD avtomobil sektorunda son on ilin ən böyük əlavə səhmlər buraxılışı ilə 5,6 milyard dollar cəlb edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->