Xəbər lenti

ABŞ Milli Kəşfiyyatının rəhbəri Tramp və Putini “əla dostlar” adlandırdı
Dünya 16:50 18.03.2025

ABŞ Milli Kəşfiyyatının rəhbəri Tramp və Putini “əla dostlar” adlandırdı

ABŞ Milli Kəşfiyyatının rəhbəri Tulsi Qabbard bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp və Kremlin rəhbəri Vladimir Putin "çox yaxşı dostlardır” və ABŞ-Rusiya münasibətlərinin möhkəmləndirilməsinin yollarını axtarmağa fokuslanıblar.

Qaynarinfo xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

Qabbardın sözlərinə görə, Rusiya və ABŞ arasındakı münasibətlər "çox qədim köklərə” malikdir.

O əlavə edib ki, Tramp "sülh, rifah, azadlıq və təhlükəsizlik üzərində qurulmuş” əlaqələri genişləndirmək niyyətindədir.

"İki böyük dövlətin iki lideri var və onlar çox yaxşı dostlardır. Onlar ümumi məqsədlərimizi və ortaq maraqlarımızı necə möhkəmləndirə biləcəyimizə ciddi diqqət yetirirlər”, – deyə Qabbard bildirib.

Məlum olduğu kimi, Tramp çərşənbə axşamı, 18 mart tarixində Vladimir Putinlə danışmağı və Rusiya lideri ilə Ukraynada müharibənin dayandırılmasını müzakirə etməyi planlaşdırır.

Ağ Ev isə bildirir ki, ABŞ Prezidenti Rusiyanın Ukraynaya qarşı müharibəsinin başa çatdırılması ilə bağlı razılaşma əldə etmək üçün "qətiyyətlidir” və dünya bu razılaşmaya yaxınlaşıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->