Metorda cibgirlik etməklə vətəndaşların pullarını və qızıl-ziynət əşyalarını oğurlamaqda təqsirli bilinən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində anadan olan 63 yaşlı Konstatin Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.5-ci (Oğurluq - zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddəsi ilə mühakimə edilib.
Hakim Nigar Qədirlinin çıxardığı hökmə əsasən ona 2 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
İş materiallarından aydın olur ki, Konstatin cinayəti "Koroğlu” və "Qara Qarayev” statnsiyalarında həyata keçirib.
Seyid
Şərhlər