Xəbər lenti

Sumqayıtda 52-ci məhəllənin problemi niyə həll edilmir? (VİDEO)
Video 18:35 18.03.2025

Sumqayıtda 52-ci məhəllənin problemi niyə həll edilmir? (VİDEO)

"Bizə demişidlər ki, Saray körpüsünün təmiri bitənə qədər sizin məhəllədəki problem həll olunacaq. Körpünün təmiri artıq başa çatıb, amma hələ ki, bir tərpəniş yoxdur".

Bu sözləri Qaynarinfo-ya Sumqayıt şəhərinin 52-ci məhəlləsində yaşayan sakinlər deyib. 

Onları məhəllədaxili yolların bərbad olmasından şikayətçidir. "Sizin media qurumu vasitəsi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət etmişdik. İnsafən dərhal reaksiya verdilər və icra hakimiyyətinin nümayəndəsi bizə vəd verdi ki, yaxın vaxtlarda problem həll ediləcək. Daha doğrusu, dedi ki, Saray körpüsünün təmiri başa çatana qədər sizi yollar düzəldiləcək. Saraya körpüsünü təmiri demək olar ki, başa çatıb. Biz isə hələ də gözləyirik", deyə sakinlər bildirib. 

Onların sözlərinə görə, payız-qış aylarında məhəlləyə çıxmaq mümkün deyil: "Yağış suları gölməçələr yaradır və piyadaların hərəkəti məhdudlaşır. Daha doğrusu, hərəkət etmək mümkün olmur. Yollar dağınıqdır, çox bərbad vəziyyətdədir. Amma təmir etmək heç kimi yadına düşmür. İcra başçısına media vasitəsi ilə də dərdimizi demişik. Məktub da ünvanlamışıq. Bir daha Zakir müəllimə müraciət edirik ki, problemi diqqətdə saxlasın və həlli barədə göstəriş versin. İstəyimiz odur ki, yollar təmir edilsin, işıqlandırılsın, eyni zamanda məhəllədə abadlıq işləri aparılsın".

Seyid




Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->