Xəbər lenti

Nadir Qafarzadə nədən əməliyyat olunub?
Maqazin 12:31 13.03.2025

Nadir Qafarzadə nədən əməliyyat olunub?

Əməliyyat olunan müğənni Nadir Qafarzadə bu gün xəstəxanadan evə buraxılacaq.

Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Sənətçi özünün yaxşı hiss etdiyini qeyd edib:

"Sağ olsunlar, həkimlər əlindən gələni etdilər. Onların hər birinə minnətdaram. Nə yaxşı ki, onlar var".

"Sosial şəbəkələrdə izləyiciləriniz estetik əməliyyat olunduğunuzu yazırlar, bununla bağlı nə deyə bilərsiniz" sualına müğənni belə cavab verib:

"Biz də insanıq, xəstələnə bilmərik? Nə estetik? Ölüb, ölümdən qayıtmışam. Problem var idi, təcili əməliyyat olunmalıydım. Amma haradan əməliyyat olunmağımla bağlı danışmaq istəmirəm".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->