Xəbər lenti

75 yaşlı aktrisa yeni eşq münasibətinə başladı: Ulduzun sevgilisi kimdir?
Maqazin 21:29 15.03.2025

75 yaşlı aktrisa yeni eşq münasibətinə başladı: Ulduzun sevgilisi kimdir?

Məşhur amerikalı aktrisa Meril Strip yeni bir sevgi münasibətinə başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.

Bildirilir ki, aktrisanın yeni sevgilisi kanadalı komediya ustası və prodüser Martin Şortdur. Cütlük artıq bir müddətdir birlikdədir və onların münasibətləri "Bir binada qətllər" serialının çəkiliş meydançasında başlayıb. Lakin mənbələrin sözlərinə görə, onlar bu müddət ərzində münasibətlərini ictimaiyyətdən gizlədiblər.

"Onlar münasibət axtarmırdılar, sadəcə görüşməyə başladılar. Lakin Meril Martinə biganə qala bilmədi, çünki o, əsl centlmendir. O, aktrisanı güldürməyi bacarır və çox pozitiv insandır. Meril onun yanında olmağı sevir", deyə mənbələr bildirir.

Qeyd edək ki, aktrisa sevgilisindən bir yaş böyükdür. Cütlüyün ailə üzvləri və yaxınları isə onların birgə olmasına yalnız sevinir.

"Dostları və ailə üzvləri, o cümlədən onların övladları, bu münasibəti tamamilə dəstəkləyir və onların birlikdə çox yaraşıqlı bir cütlük olduğunu düşünür," deyə mənbələ əlavə edir.

Meril Strip bir vaxtlar aktyor Con Kazaleyə nişanlı olub. Lakin aktyor ağciyər xərçəngindən dünyasını dəyişib. Daha sonra aktrisa heykəltəraş Don Qammerlə evlənib. Cütlüyün dörd övladı dünyaya gəlib. 2023-cü ildə məlum olub ki, onlar 45 illik evlilikdən sonra gizli şəkildə boşanıblar. Boşanmanın səbəbi barədə isə heç bir açıqlama verilməyib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->